—

Giorgi Vaşadze: "Gürcü arzusu" Aİ ilə vizasız gediş-gəlişə son qoyur, biz Amerika ilə vizasız gediş-gəliş və Aİ pasportu vəd edirik

603
Giorgi Vaşadze: "Gürcü arzusu" Aİ ilə vizasız gediş-gəlişə son qoyur, biz Amerika ilə vizasız gediş-gəliş və Aİ pasportu vəd edirik
Dinləmək üçün basın

Gürcü xalqı heç vaxt üzr istəməz, bizim heç kimə üzr borcumuz yoxdur. Onlar burada bizdən üzr istəməlidirlər və biz Gürcüstanın güclü və vahid olması üçün mübarizə aparmalıyıq.

Gürcü xalqı heç vaxt üzr istəməz, bizim heç kimə üzr borcumuz yoxdur. Onlar burada bizdən üzr istəməlidirlər və biz Gürcüstanın güclü və vahid olması üçün mübarizə aparmalıyıq.

InterPress.ge xəbər verir ki,  bunu Qardabani sakinləri ilə görüşündə “Vahid Milli Hərəkatının” lideri Giorgi Vaşadze bildirib.

Vaşadzenin sözlərinə görə, “Gürcü arzusu” yalnız Bidzina İvanişvilinin şəxsi maraqlarına yönəlib.
Onların partiyası indi təcrid vəziyyətində olduğu kimi, “Gürcü arzusu” da təcrid gətirir. Biz Avropa İttifaqını və onun inteqrasiyasını gətiririk. “Gürcü arzusu” çətinlik, yoxsulluq, korrupsiya gətirir, biz Avropa İttifaqında firavanlıq, zənginlik, inkişaf, xoşbəxtlik gətiririk.

“Gürcü arzusu” Avropa İttifaqı ilə vizasız gediş-gəlişin dayandırılmasını gətirir, biz Amerika ilə vizasız gediş-gəliş və Avropa İttifaqının pasportunu gətiririk. Bizim onlardan fərqimiz budur.

“Gürcü arzusu” korrupsiya, cinayət, narkomaniya gətirir. Biz korrupsiyasız və ən əsası narkotikdən azad ölkə gətiririk. “Gürcü arzusu” ancaq Bidzina İvanişvilinin maraqlarını qoruyur. Biz gürcü xalqının maraqlarını müdafiə edirik. Bu ölkə Avropa Birliyinin üzvü olacaq və ən əsası bu ölkə inkişaf edəcək, birləşəcək.

Gürcü xalqı heç vaxt üzr istəməz, bizim heç kimə üzr borcumuz yoxdur. Onlar burada bizdən üzr istəməlidirlər və biz Gürcüstanın güclü və vahid olması üçün mübarizə aparmalıyıq, biz buna mütləq nail olacağıq”- Giorgi Vaşadze bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →