—

Avtomobil hamilə qadını vurub

668
Avtomobil hamilə qadını vurub
Dinləmək üçün basın

Martvili bələdiyyəsinin Salxino kəndində baş verən yol qəzası nəticəsində hamilə qadın xəsarət alıb.

InterPress.ge xəbər verir ki, sürətlə hərəkət edən avtomobil qadını vurub.

Qeyri-rəsmi məlumata görə, hadisə qadın yolu keçərkən baş verib.

Hadisə şahidləri hamilə qadının vəziyyətinin ağır olduğunu deyirlər.

Təcili tibbi yardım briqadası yaralını Kutaisi xəstəxanasına çatdırıb. Qadın 5 aylıq hamilədir.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə araşdırma başlanılıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →