“Qarşıdan gələn seçkilər Gürcüstanın demokratiyası üçün həlledici sınaq və Aİ-Gürcüstan münasibətlərinin gələcəyi üçün həlledici məqam olacaq”.
InterPress.ge xəbər verir ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyen Gürcüstan prezidenti ilə keçirilən görüşə X sosial şəbəkəsində münasibət bildirib.
"Hörmətli prezident, mən sizin Gürcüstanın Avropa yoluna sadiqliyinizə böyük hörmətlə yanaşıram. Görüşümüz mühüm məqamda keçirilir - qarşıdan gələn seçkilər Gürcüstanın demokratiyası üçün həlledici sınaq və Aİ-Gürcüstan münasibətlərinin gələcəyi üçün həlledici məqam olacaq", - fon der Leyen yazıb.
