—

Davit Şerazadişvili: Komandamızın vəzifəsi kənd yerlərində əsl firavanlıq yaratmaqdır

386
Davit Şerazadişvili: Komandamızın vəzifəsi kənd yerlərində əsl firavanlıq yaratmaqdır
Dinləmək üçün basın

“Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Zalqa kəndlərində görüşlərini davam etdirir.

 “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Zalqa kəndlərində görüşlərini davam etdirir.

InterPress.ge xəbər verir ki,"Gürcü Arzusu - Demokratik Gürcüstan”ın Bolnisi, Dmanisi, Tetritskaro və Zalqa nümayəndəsi Davit Şerazadişvili Zalqa rayonunun Sakdrioni, Qantiadi, Sameba və Aşkala kəndlərinin sakinləri ilə görüşüb.

Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, görüşdə hökumətin həyata keçirdiyi kənd təsərrüfatına dəstək layihələri barədə danışılıb.

Bundan əlavə, tamamlanan və həyata keçirilən layihələr müzakirə olunub. Nümayəndənin sözlərinə görə, hazırda qazlaşdırma prosesi intensiv rejimdə davam edir.

“Komandamızın vəzifəsi kənd yerlərində real rifah yaratmaqdır və hökumət bir sıra proqramlar/layihələrin təşəbbüskarı olub. Biz hamımız yekdilliklə razılaşırıq ki, ilk növbədə sülhü qorumaq vacibdir ki, bütün başlanmış layihə və proqramlar davam etsin və daha da güclü iqtisadiyyat yarada bilsin”, - Davit Şerazadişvili bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →