—

Qivi Mikanadze Strasburqda Avropa Şurasının baş katibi ilə görüşüb

296
Qivi Mikanadze Strasburqda Avropa Şurasının baş katibi ilə görüşüb
Dinləmək üçün basın

Gürcüstan parlamentinin Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri, Təhsil, Elm və Gənclər Komitəsinin sədri Qivi Mikanadze Avropa Şurasının baş katibi Alan Berse ilə görüşüb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayıb.

Qivi Mikanadze Alan Berseni Avropa Şurasının baş katibi seçilməsi münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Strasburqda keçirilən görüş tanışlıq xarakteri daşıyıb. Tərəflər Gürcüstanın Avropa Şurasında mühüm rolunu qeyd ediblər.

Qivi Mikanadze baş katibə gürcü tərəfinin Avropa Şurası ilə əməkdaşlığı fəal şəkildə davam etdirməyə hazır olduğunu bildirib və bu, baş katib tərəfindən müsbət qiymətləndirilib.

İclasda Gürcüstanın Avropa Şurasındakı daimi nümayəndəliyinin rəhbəri Tamar Taliaşvili də iştirak edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →