—

Kaxa Kaladze: İndiki seçkiqabağı proses sakit şəkildə keçir

201
Kaxa Kaladze: İndiki seçkiqabağı proses sakit şəkildə keçir
Dinləmək üçün basın

Ümumiyyətlə, seçkiqabağı seçkilər zamanı bu radikalların təşkil etdiyi təxribatlar tez-tez olur, lakin digər seçkilərlə müqayisə etsək, proses kökündən fərqli, sakit və dinc gedir”

Ümumiyyətlə, seçkiqabağı seçkilər zamanı bu radikalların təşkil etdiyi təxribatlar tez-tez olur, lakin digər seçkilərlə müqayisə etsək, proses kökündən fərqli, sakit və dinc gedir”

InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze jurnalistlərə bildirib.

Tbilisi meri Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyasının nümayəndəsinin ölkədə seçkilər öncəsi zorakılıq və qarşıdurmaların daha tez-tez baş verdiyi bəyanatı ilə bağlı sualı cavablandırıb.

Kaxa Kaladzenin sözlərinə görə, müəyyən seçki subyektlərinin xalqa deməyə sözü yoxdur və seçki kampaniyasını konkret səfirliklərdə aparır.

“İndi hər kəsin çölə çıxmaq, əhali ilə görüşmək imkanı var.  Onlar əhalini hansı şərəflə qarşılasınlar, onlara nə desinlər? Ölkəyə bomba yağdırmaq istəyəndə, ikinci cəbhə açmaq istəyəndə, sanksiyalara qoşulmaqla bağlı birbaşa müraciətlər edəndə, xalqa, ölkəmizə zərər vermək üçün hər şeyi etməyə çalışırsınız, xalqa hansı şərəflə yanaşa bilərlər? Ona görə də meydana belə çıxa bilmirlər, hansısa səfirliklərə qaçıb orada seçki kampaniyası aparırlar. İnsanlar onlara müvafiq cavabı oktyabrın 26-da verəcəklər”, - deyə Kaxa Kaladze bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →