—

Ölkə ərazisində havada bərk hissəciklərin tərkibində artım müşahidə olunub

250
Ölkə ərazisində havada bərk hissəciklərin tərkibində artım müşahidə olunub
Dinləmək üçün basın

Sentyabrın 30-dan etibarən Gürcüstan ərazisində havada bərk hissəciklərin (PM10, PM2.5) tərkibində artım müşahidə olunur ki, bu da transsərhəd çirklənmə ilə əlaqədardır və cənub, cənub-şərqdən səhra toz kütlələrinin…

Sentyabrın 30-dan etibarən Gürcüstan ərazisində  havada bərk hissəciklərin (PM10, PM2.5) tərkibində artım müşahidə olunur ki, bu da transsərhəd çirklənmə ilə əlaqədardır və cənub, cənub-şərqdən səhra toz kütlələrinin yayılması nəticəsində yaranır.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

Qeyd edək ki, transsərhəd çirklənmə ilin müəyyən günlərində analoji sinoptik vəziyyət zamanı qeydə alınır. Gürcüstanın Ekologiya və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühit üzrə Milli Agentliyi avtomatik stansiyalar vasitəsilə atmosfer havasının keyfiyyətinin davamlı monitorinqini davam etdirir.

Atmosfer havasının keyfiyyəti portalında dərc olunan göstəricilərə görə, bu mərhələdə ən pis hava keyfiyyəti Kutaisidəki 98 saylı Lado Asatiani stansiyasında qeydə alınıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →