—

“H145” tipli helikopter Gürcüstana gətirilib

633
“H145” tipli helikopter Gürcüstana gətirilib
Dinləmək üçün basın

Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisinə üçüncü “H145” tipli helikopter əlavə edilib.

Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisinə üçüncü “H145” tipli helikopter əlavə edilib.

 InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Məlumata görə, sərhəd polisinin pilotları yeni  helikopteri Almaniyadan Gürcüstana gətiriblər.

“Hər üç Avropa tipli  helikopter yanğınsöndürmə və dağ-xilasetmə avadanlıqları ilə tam təchiz olunub. Onların 2 mühərriki var ki, bu da uçuş təhlükəsizliyini artırır. “H145” tipli helikopterlər yüksək hündürlükdə işləmək və manevr etmək qabiliyyəti ilə seçilir ki, bu da Gürcüstanın dağlıq relyefi nəzərə alınmaqla, mövcud vəzifələrə tam uyğundur.

Sərhəd Polisinin uçuş heyəti Almaniyada Airbus Helicopters Təlim Akademiyasında tam təlim keçib.

2022-ci il dekabrın 19-da Daxili İşlər Nazirliyində Fransanın “Airbus Helicopters” şirkəti ilə üç “H145” helikopterinin alınması ilə bağlı müqavilə imzalanıb”, - məlumatda deyilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →