—

Kobaxidze Baydenin qəbuluna dəvətin ləğvi ilə bağlı: Dəvət 3 gün əvvəl göndərilib və sonra ləğv edilib - bu, müxalifətin xeyrinə bir növ humanitar addım idi

314
Kobaxidze Baydenin qəbuluna dəvətin ləğvi ilə bağlı: Dəvət 3 gün əvvəl göndərilib və sonra ləğv edilib - bu, müxalifətin xeyrinə bir növ humanitar addım idi
Dinləmək üçün basın

"3 gün əvvəl dəvət göndərdilər sonra ləğv olundu, bu qeyri-ciddidir"

"3 gün əvvəl dəvət göndərdilər sonra ləğv olundu, bu qeyri-ciddidir"

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze Nyu-Yorkda gürcü jurnalistlərə ABŞ prezidenti Co Baydenin qəbuluna dəvətin ləğvi ilə bağlı sualı cavablandırarkən deyib.

Baş nazirin sözlərinə görə, bu, müxalifətin xeyrinə bir növ humanitar hərəkət idi, baxmayaraq ki, müxalifət üçün də praktiki effekt verməyəcək.

“Bu barədə xüsusi şərh verə bilməyəcəm. Bu ciddi deyil, 3 gün əvvəl dəvət göndəriblər, sonra ləğv edilib. Bu, bir növ müxalifətin xeyrinə humanitar addım idi, baxmayaraq ki, müxalifət üçün də praktiki effekti olmayacaq. Bu mövzuda daha çox şərh vermək mənim üçün çətin olacaq”, - deyə İrakli Kobaxidze bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →