—

Sərhəd polisi qrup halında Azərbaycandan Gürcüstana qanunsuz keçən 5 nəfəri həbs edib

859
Sərhəd polisi qrup halında Azərbaycandan Gürcüstana qanunsuz keçən 5 nəfəri həbs edib
Dinləmək üçün basın

Daxili İşlər Nazirliyinin Sərhəd Polisi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində 5 əcnəbi vətəndaş, 1991-ci il təvəllüdlü A.A. 1994-cü il təvəllüdlü B.R. 1981-ci il təvəllüdlü A.N. 1991-ci il…

Daxili İşlər Nazirliyinin Sərhəd Polisi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində 5 əcnəbi vətəndaş, 1991-ci il təvəllüdlü A.A. 1994-cü il təvəllüdlü B.R. 1981-ci il təvəllüdlü A.N. 1991-ci il təvəllüdlü S.A və 1986-cı il təvəllüdlü Q.A nı qrup halında Gürcüstanın dövlət sərhədini qanunsuz keçdikləri üçün həbs ediliblər.

InterPress.ge xəbər verir ki, Cinayət 5 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

İstintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxslər sərhəd-keçid məntəqəsindən yan keçərək Azərbaycan Respublikası Laqodexi diviziyası, sərhəd sektorunun Matsimi mühafizə bölməsindən qrup halında Gürcüstanın dövlət sərhədini qanunsuz keçərək Gürcüstan ərazisinə daxil olublar.

Gürcüstan Cinayət Məcəlləsinin 344-cü maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən, Gürcüstanın dövlət sərhədini qanunsuz, qrup şəkildə keçmə faktı ilə bağlı araşdırma aparılır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiİsmayıl Abramişvili

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →