—

İki Gürcüstan vətəndaşı qanunsuz olaraq saxlanılıb

328
İki Gürcüstan vətəndaşı qanunsuz olaraq saxlanılıb
Dinləmək üçün basın

Rusiya işğalçı qüvvələrinin nümayəndələri Qori bələdiyyəsinin Mecvrisxevi kəndi yaxınlığında işğal olunmuş ərazidə iki Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar.

Rusiya işğalçı qüvvələrinin nümayəndələri Qori bələdiyyəsinin Mecvrisxevi kəndi yaxınlığında işğal olunmuş ərazidə iki Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

“Dövlət Təhlükəsizliyi Xidməti qeyd olunan hadisə ilə bağlı məlumat alan kimi Avropa İttifaqının Monitorinq Missiyası tərəfindən idarə olunan “qaynar xətt”i işə salıb.

Daha bir qanunsuz həbs faktı barədə məlumat dərhal Cenevrədəki beynəlxalq müzakirələrin həmsədrlərinə və beynəlxalq tərəfdaşlara çatdırılıb. Qeyri-qanuni həbsdə olan Gürcüstan vətəndaşlarının ən qısa müddətdə azad edilməsi üçün bütün mövcud mexanizmlər işə salınıb.

Gürcüstanın işğal olunmuş ərazilərində, eləcə də işğal xətti boyunca törədilən bütün dağıdıcı hərəkətlərə görə məsuliyyət işğalçı dövlətin üzərinə düşür", - məlumatda deyilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →