—

Marneuli mərkəzində dörd zolaqlı yeni yol salınacaq

1,865
Marneuli mərkəzində dörd zolaqlı yeni yol salınacaq
Dinləmək üçün basın

Marneuli bələdiyyəsinin mərkəzi Rustaveli küçəsində dörd zolaqlı yeni yol salınacaq.

Marneuli bələdiyyəsinin mərkəzi Rustaveli küçəsində dörd zolaqlı yeni yol salınacaq.

Bu barədə Marneuli Bələdiyyəsinin İnfrastruktur və İqtisadi İnkişaf Xidmətinin rəhbəri Beqa Abdeliani InterPress.ge-nin əməkdaşları ilə söhbəti zamanı bildirib.

Onun sözlərinə görə, yeni dörd zolaqlı yolu nəzərdə tutan layihə üzərində işlənilib və artıq hazırdır.

“Burada onuda qeyd etmək istərəm ki, mərkəzi Rustaveli küçəsi sıx və hərəkətli bir küçədir. Biz bu baxımdan yeni layihə üzərində işləmişik və artıq layihə hazırdır. Layihədə dörd zolaqlı yol ilə yanaşı, parking yerləri və avtobus dayanacaqları nəzərdə tutulur. Bundan əlavə sözü gedən layihədə bazar ərazisində tixacın yarandığı, Agmaşenebeli küçəsənin başlanqıcındakı gəniş ərazinin də səliqəyə salınması nəzərdə tutulub. İşlər başlamazdan əvvəl layihənin təqdimatı həyata keçiriləcək. Layihə başlayanadək biz yenə bazar ərazisində yol patrul xidmətinin əməkdaşları ilə birgə müşahidələr aparıb və onların razılığı əsasında parking yerlərini səliqəyə salınması işləri həyata keçirəcəyik” – deyə Beqa Abdeliani bildirdi.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiİsmayıl Abramişvili

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →