—

İrakli Kobaxidze: Bu, çox prinsipial seçkidir, ya müharibə - ya sülh

414
İrakli Kobaxidze: Bu, çox prinsipial seçkidir, ya müharibə - ya sülh
Dinləmək üçün basın

"Bu gün Qoridə Şida Kartli sakinləri ilə, partiyamızın üzvləri və tərəfdarları ilə görüşümüz oldu və burada da təbii ki, ölkəmizin inkişafı ilə bağlı siyasi mesajlardan danışdıq".

"Bu gün Qoridə Şida Kartli sakinləri ilə, partiyamızın üzvləri və tərəfdarları ilə görüşümüz oldu və burada da təbii ki, ölkəmizin inkişafı ilə bağlı siyasi mesajlardan danışdıq".

InterPress.ge xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

Baş nazirin sözlərinə görə, bu, çox prinsipial seçkidir və üstəlik, əhalinin, əslində, sadə seçim edəcəyi həlledici referendumdur.

"Əhali ya müharibəni, ya sülhü, ya heç kimin bəyənmədiyi təbliğatı, ya ənənəvi dəyərləri, ya qaranlıq keçmişə qayıtmağı seçəcək ki, bunun da nümunəsini "Milli Hərəkat" 9 il hakimiyyətdə olanda bizə göstərdi, ya da insanlar ölkəmizin parlaq, avropalı gələcəyini seçməlidirlər. Seçim çox sadədir və mən əminəm ki, belə bir seçim oktyabrın 26-da, parlament seçkiləri zamanı olacaq”, - deyə baş nazir bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →