—

Baş nazir: Rusiyanın Gürcüstandakı seçki proseslərinə ciddi təsir göstərəcək resursları yoxdur

412
Baş nazir: Rusiyanın Gürcüstandakı seçki proseslərinə ciddi təsir göstərəcək resursları yoxdur
Dinləmək üçün basın

Rusiyanın Gürcüstandakı seçki proseslərinə ciddi təsir göstərə biləcək resursları yoxdur.

Rusiyanın Gürcüstandakı seçki proseslərinə ciddi təsir göstərə biləcək resursları yoxdur.

InterPress.ge xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze jurnalistin sualına cavabında deyib.

Baş nazirin sözlərinə görə, seçkilər digər qüvvələrin görünməmiş kənar müdaxiləsi fonunda keçiriləcək ki, bu da seçki prinsiplərinin kobud şəkildə pozulmasıdır.

“Rusiyanın Gürcüstandakı seçki proseslərinə ciddi təsir göstərəcək resursları yoxdur. Ümumiyyətlə, builki seçkilərin görünməmiş kənar müdaxilə fonunda keçirilməsi çox acınacaqlıdır ki, bu da seçki prinsiplərinin kobud şəkildə pozulmasıdır. Heyif, min bir hədə-qorxu, şantaj eşidirik. Bütün bunların bircə səbəbi var, səbəb odur ki, biz Gürcüstanda ikinci cəbhə açmamışıq. Buna görə də müəyyən insanların ürəyi sıxılır. Ümid edirlər ki, bu seçkilərdən sonra öz agentliklərini hakimiyyətə qaytarmağa nail olacaqlar ki, ikinci cəbhəni də aça bilsinlər ki, buna da gücləri çatmır. Gürcüstan cəmiyyəti qanlı rejimin müəlliflərini hakimiyyətə qaytarmayacaq. Seçkilərə təsir etmək üçün medianın istiqamətində resurs lazımdır, bizim öz partiyalarımız olmalıdır, partiyalarda sizin agentliyiniz olmalıdır, media resurslarınız olmalıdır. Rusiyada bu resurs yoxdur, amma başqa güclər var”, - Kobaxidze bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiİsmayıl Abramişvili

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →