—

Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin yaranmasından üç il ötür

276
Qafqaz Hüquq  və İnteqrasiya Mərkəzinin yaranmasından üç il ötür
Dinləmək üçün basın

2021-ci ilin sentyabr ayının 10-da dövlət qeydiyyatına alınan Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin yaranmasından tam üç(3) il ötür.

2021-ci ilin sentyabr ayının 10-da dövlət qeydiyyatına alınan Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin yaranmasından tam üç(3) il ötür.

InterPress.ge xəbər verir ki, bu barədə Mərkəzin Facebook səhifəsində paylaşım edilib.

“Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi” azərbaycanlı icma tərəfindən Bolnisidə yaradılan ilk Mərkəzdir,2021-ci ildən Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət komitəsinin dəstəyi və layihələri çərçivəsində fəaliyyət göstərən mərkəzdə insanlara müxtəlif dil kursları və ödənişsiz hüquqi xidmətlər göstərilir.

Bundan əlavə Mərkəz gənclər üçün müxtəlif təlim və seminarlar təşkil edir, kəndlərdə yaşayan gənclərin maariflənməsi inkişafı istiqamətində hər zaman bütün imkanlarından və resurslarından istifadə edir.

Bu günə qədər Bolnisinin otuzdan artıq kəndindən 1600 nəfərdən çox müəllim, şagird, tələbə və gənc Mərkəzdə Azərbaycan dili, gürcü dili, ingilis dili və rəsm kurslarından faydalanıblar.Xüsusi olaraq qeyd etmək istərdik, Ümumi qabilliyət imtahanı üzrə hazırlaşan abituriyentlərin yüksək nəticə əldə edərək ali məktəblərə qəbulu zamanı mərkəz hərzaman onların test hazırlığına dəstək verir.

Bundan əlavə mərkəz gənclərin maariflənməsi üçün müxtəlif təlim və seminarlar təşkil edir, kəndlərdə yaşayan gənclərin maariflənməsi inkişafı istiqamətində hər zaman bütün imkanlarından və resurslarından istifadə edir.

Ötən üç il müddətində mərkəz tərəfindən bir çox layihələr həyata keçirilmişdir bunlara misal olaraq Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş idman yarışları,sınaq imtahanları,düşərgələr,bilik yarışları,təlimlər,səyahətlər,regional və mərkəzi təşkilatlarla əməkdaşlıqları buna misal gətirmək olar

Sonda isə qeyd etmək istərdik ki,mərkəzdə həyata keçirilən layihələr Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilir"- mərkəzin paylaşımında bildirilib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →