—

Gürcüstanın ilk 10 investisiya ölkəsi hansılardır

507
Gürcüstanın ilk 10 investisiya ölkəsi hansılardır
Dinləmək üçün basın

İlkin məlumatlara görə, 2024-cü ilin 2-ci rübündə Gürcüstana yatırılan birbaşa xarici investisiyaların həcmi 574,3 milyon ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ilin ikinci rübünün dəqiqləşdirilmiş məlumatından 10,3…

İlkin məlumatlara görə, 2024-cü ilin 2-ci rübündə Gürcüstana yatırılan birbaşa xarici investisiyaların həcmi 574,3 milyon ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ilin ikinci rübünün dəqiqləşdirilmiş məlumatından 10,3 faiz çoxdur.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Statistika Xidməti yayıb.

Məlumata görə, artım birbaşa xarici investisiyaların iki komponentinin faizinin artması ilə bağlıdır: kapital və borc öhdəlikləri.

“2024-cü ilin ikinci rübündə birbaşa xarici investisiyaların həcminə görə Böyük Britaniya birinci yerdədir - 266,7 milyon ABŞ dolları, bu ümumi birbaşa xarici investisiyanın 46,4 faizini təşkil edir, Yaponiya ikinci yerdədir - 59,2 milyon ABŞ dolları (10,3), 37,9 milyon ABŞ dolları ilə (6,6 faiz) Malta üçüncü yerdədir. Ən böyük sərmayədar üç ölkənin payı investisiyaların ümumi həcminin 63,3 faizini təşkil edir”, - deyə məlumatda deyilirdeyilir.

Yuxarıda sadalanan ilk 3 ölkə ilə yanaşı, 2024-cü ilin 2-ci rübündə ilk on əsas birbaşa investor ölkə də aşağıdakılardır:

Azərbaycan - 23,7 milyon ABŞ dolları.

Çexiya - 20,9 milyon ABŞ dolları.

Hollandiya - 20,5 milyon ABŞ dolları.

ABŞ - 18,9 milyon ABŞ dolları.

İsrail - 13,8 milyon ABŞ dolları.

Avstriya - 12,5 milyon ABŞ dolları.

Virgin Adaları (Böyük Britaniya) – 11,6 milyon ABŞ dolları.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiİsmayıl Abramişvili

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →