—

Bidzina İvanişvili: 2012-ci ildən sonra birlikdə əldə etdiyimiz bütün yaxşı işlər qeyd olunmağa layiqdir

262
Bidzina İvanişvili: 2012-ci ildən sonra birlikdə əldə etdiyimiz bütün yaxşı işlər qeyd olunmağa layiqdir
Dinləmək üçün basın

"Biz bir yerdə olmaqla bütün insan hüquqlarının, fikir və söz azadlığının qorunduğu, sağlam məhkəməmizin olduğu bir ölkə qura bildik. Media-azadddır, biznes isə toxunulmazdır, insanların azad yaşadığı və artıq siyasi…

"Biz bir yerdə olmaqla bütün insan hüquqlarının, fikir və söz azadlığının qorunduğu, sağlam məhkəməmizin olduğu bir ölkə qura bildik. Media-azadddır, biznes isə toxunulmazdır, insanların azad yaşadığı və artıq siyasi təqiblərdən qorxmadığı bir ölkə qurduq".

InterPress.ge xəbər verir ki, bunu “Gürcü arzusu” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili seçki kampaniyası çərçivəsində Axaltsixedə keçirilən tədbirdə çıxışı zamanı deyib.

İvanişvilinin toplaşan əhaliyə dediyinə görə, “Gürcü arzusu” komandası uğur qazansa da, dayanmaq fikrində deyil və gələcəkdə də əhalinin inkişafı və rifahının qayğısına qalmaqda davam edəcək.

O, həmçinin qeyd edib ki, Gürcüstanın ən yeni tarixində ilk dəfə olaraq 12 illik fasiləsiz sülh şəraiti yaranıb ki, bu da inkişafın əsas şərtidir.

“Daha uzağa getməyəcəyəm, amma sizə deyim ki, bu uğurlara baxmayaraq, “Gürcü arzusu” komandası şübhəsiz ki, dayanmaq fikrində deyil. Gələcəkdə biz hər şeyi edəcəyik ki, ölkəmizin inkişafı və çiçəklənməsi sizin hamınız, hər bir Gürcüstan vətəndaşı tərəfindən hiss olunsun. Bu, illər boyu “Gürcü arzusu”na inamınızın nəticəsidir”, - Bidzina İvanişvili bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →