—

Abxaziya Muxtar Respublikası Hökümətinin başçısı istefa verib

221
Abxaziya Muxtar Respublikası Hökümətinin başçısı istefa verib
Dinləmək üçün basın

Ruslan Abaşidze Abxaziya Muxtar Respublikası hökumətinin sədri vəzifəsini tərk edir.

Ruslan Abaşidze Abxaziya Muxtar Respublikası hökumətinin sədri vəzifəsini tərk edir.

InterPress.ge xəbər verir ki, bu barədə Abaşidze sosial şəbəkədə yazıb.

“Qərarım barədə ictimaiyyətə məlumat vermək istəyirəm. Bu gün mən Abxaziya Muxtar Respublikası Hökumətinin sədri vəzifəsini tərk edirəm. 2019-cu ildən indiyədək Abxaziya hökumətinin sədri vəzifəsində işlədiyim müddətdə komandamla birlikdə cəmiyyətimizin maraqlarını qorumaq üçün bir çox problemlərlə üzləşmişik. Biz bir çox yeni təşəbbüslərə başlamışıq və mühüm nəticələrimiz var.

Abxaziya hökumətinin üzvlərinə sülh siyasəti, institusional möhkəmləndirilməsi, məcburi köçkünlərin sağlamlığının qorunması, təhsil, mədəniyyət, idman və gənclərin inkişafı istiqamətində birgə həyata keçirilən fəaliyyətlərə, həyata keçirilən ən mühüm proqram və layihələrə görə təşəkkür etmək istərdim. Xüsusi əməkdaşlığa və dəstəyə görə Abxaziya Ali Şurasına təşəkkür etmək istərdim. İşimizə dəstək olan Gürcüstanın icra və qanunverici orqanlarına təşəkkür edirik.
Mən Gürcüstandakı akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələrinə təşəkkürümü bildirirəm ki, onların iştirakı ilə bu illər ərzində Abxaziyadan köçkün düşmüş əhaliyə dəstək məqsədilə bir sıra mühüm layihələr və tədbirlər həyata keçirilib. Bir daha komandamın üzvlərinə, ən böyük təşəkkürümü ailəmə bildirirəm."- deyə Ruslan Abaşidze yazıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Hökumət Süni İntellekt Əməkdaşlığı üzrə Ümumdünya Təşkilatının yaradılması haqqında sazişi parlamentə təqdim edibMarneulidə və bir sıra kəndlərdə yeni yollar çəkiləcəkUkraynalıların 83%-i müharibənin danışıqlar yolu ilə başa çatmasını dəstəkləyirQərbi Avropa yeparxiyasının mitropoliti Avraam (Qarmelia) vəfat edibPoniçalada baş verən partlayışda xəsarət alan İlia İsəyev xəstəxanada vəfat edibSon xəbərlərə bax →