—

Gənc oğlanı boğaraq öldürən şəxslər saxlanılıb

515
 Gənc oğlanı boğaraq öldürən şəxslər saxlanılıb
Dinləmək üçün basın

Polis Şida Kartlidə qəsdən adam öldürmə ittihamı ilə 2 nəfəri həbs edib.

Polis Şida Kartlidə qəsdən adam öldürmə ittihamı ilə  2 nəfəri həbs edib.

InterPress.ge xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Qurumdan verilən məlumata görə, DİN-in Şida Kartli RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri və əməliyyat-istintaq tədbirləri nəticəsində 1968-ci il təvəllüdlü E.M. qəsdən adam öldürmə ittihamı ilə, onun qardaşı 1959-cu il təvəllüdlü E.M. isə eyni cinayətin törədilməsinə köməklik göstərdiyinə görə saxlanılıb.

“Cinayət 15 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər Kareli bələdiyyəsində qarşılıqlı mübahisə zəminində 1996-cı il təvəllüdlü N.C.-nin əllərini kəndirlə bağlayıb və boğublar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi isti izlərlə həbs ediblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 108-ci və 25-108-ci maddələri ilə araşdırma aparılır”, - məlumatda deyilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →