—

Tamar Baçaliaşvilinin anası Tbilisi Şəhər Məhkəməsində dindirildi - SƏBƏB?

1,575
Tamar Baçaliaşvilinin anası Tbilisi Şəhər Məhkəməsində dindirildi - SƏBƏB?
Dinləmək üçün basın

Tbilisi Şəhər Məhkəməsində 23 yaşlı proqramçı Tamar Baçaliaşvilinin anası Teona Tamazaşvilinin hakimin iştirakı ilə dindirilməsi başa çatıb.

Tbilisi Şəhər Məhkəməsində 23 yaşlı proqramçı Tamar Baçaliaşvilinin anası Teona Tamazaşvilinin hakimin iştirakı ilə dindirilməsi başa çatıb.

InterPress.ge xəbər verir ki, ailənin vəkili Mixeil Ramişvili qadının bütün suallara hərtərəfli cavab verdiyini bildirib.

Onun sözlərinə görə, sorğu-sual zamanı T.Tamazaşvilinin Gürcüstanın üç yüksək vəzifəli şəxsinin Qarabağ müharibəsi üçün silah tədarükü ilə bağlı bəyanatına dair suallar verilib.

Vəkil deyib ki, T.Baçaliaşvilidə bu məsələ ilə bağlı bəzi informasiyalar olub və bu barədə anasına danışıb, lakin silah barəsində konkret söhbət olmayıb: “Tamar anası ilə bəzi detallar barədə danışıb, lakin silah haqqında konkret nəsə deməyib. Tamar hər hansı bir gərginliyin ola biləcəyini və çox şey bildiyini söyləyib”.

Qeyd edək ki, Kvemo Poniçala sakini olan T.Baçaliaşvilinin meyiti ona məxsus “Hyundai” markalı avtomobildə iyulun 23-də Tetritskaro meşəsində aşkarlanıb. Qızın ailə üzvlərinin avqustun 30-da Baş Prokurorluğun binası qarşısında keçirdikləri aksiyada “Üç yüksək vəzifəli məmur Qarabağ müharibəsi üçün Azərbaycana qarşı silahla təminat həyata keçirib” sözlərinin yazıldığı plakat tutulub.

T.Tamazavili mənbəyə istinadla bildirib ki, qızı bir neçə faylı təsadüfən açıb və silahla təminat sxemini deşifrə edib. Ana Azərbaycan və Türkiyə hökumətlərini qızının ölüm faktı ilə maraqlanmağa çağırıb. (Report)

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Zaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibGorduladze: “Guram Şaradze üç güllə, o cümlədən iki nəzarət atəşi ilə öldürülüb – qətl 2007-ci ildə baş verib”Son xəbərlərə bax →