—

Azərbaycanda 1 milyondan çox seçici səs verib

621
Azərbaycanda 1 milyondan çox seçici səs verib
Dinləmək üçün basın

Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı seçki məntəqələrində seçici fəallığı müşahidə edilir.

Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı seçki məntəqələrində seçici fəallığı müşahidə edilir.

InterPress.ge xəbər verir ki, Azərbaycanın Mərkəzi Seçki Komissiyasının saat 12:00-a olan məlumatına görə, indiyədək seçicilərin 20,39 faizi(1 milyon 309 min 522 ) səsvermə hüququndan istifadə edib.

Hesabat vermiş məntəqələrin sayı 6478-dir.

Qeyd edək ki,Azərbaycanın parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir. Ölkə üzrə səsvermə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilir. Onlardan 54-ü Azərbaycanın işğaldan azad edilmiş ərazilərində formalaşdırılıb.

Seçki məntəqələri saat 8:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →