—

Kobaxidze: “Şəffaflıq haqqında” Qanunda heç bir məhdudiyyət qoyulmur

234
Kobaxidze: “Şəffaflıq haqqında” Qanunda heç bir məhdudiyyət qoyulmur
Dinləmək üçün basın

" Şəffaflıq qanununda tamamilə neytral terminologiyadan istifadə olunur, heç bir məhdudiyyət qoyulmur və bu, artıq 300-dən çox təşkilatın qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət etməsinin əsas səbəbidir"

"Şəffaflıq qanununda tamamilə neytral terminologiyadan istifadə olunur, heç bir məhdudiyyət qoyulmur və bu, artıq 300-dən çox təşkilatın qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət etməsinin əsas səbəbidir"

InterPress.ge xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

Hökumət başçısının sözlərinə görə, təşkilatların yarıdan çoxu qeydiyyat üçün müraciət edib və bu, tamamilə müsbət haldır.

“Xaricdən maliyyə alan təşkilatların ümumi sayını bilmirəm, 500-dən çox olduğunu düşünmürəm. Əslində, bu təşkilatların yarıdan çoxu qeydiyyat üçün müraciət edib ki, bu da tamamilə müsbət haldır. Bu, bu qanunun heç bir damğaya səbəb olmadığına daha bir sübutdur. Bu qanunda tamamilə neytral terminologiyadan istifadə olunur, heç bir məhdudiyyət qoyulmur və bu, artıq 300-dən çox təşkilatın qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət etməsinin əsas səbəbidir”, - deyə baş nazir bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →