—

Külli miqdarda kriptovalyuta oğurlayan Ukrayna vətəndaşı saxlanılıb

496
Külli miqdarda kriptovalyuta oğurlayan Ukrayna vətəndaşı saxlanılıb
Dinləmək üçün basın

Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində külli miqdarda kriptovalyuta oğurlamaqda təqsirləndirilən Ukrayna vətəndaşı…

Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində külli miqdarda kriptovalyuta oğurlamaqda təqsirləndirilən Ukrayna vətəndaşı - 1989-cu il təvəllüdlü R.P. həbs olunub.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyinin məlumatına görə, cinayət 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

“İstintaq müəyyən edib ki, bu il avqustun 17-də təqsirləndirilən şəxs Tbilisinin müxtəlif küçələrində yerləşən kripto maşınında laminatlaşdırılmış 100 larilik əskinasdan istifadə edərək kriptovalyuta pul kisəsinə ümumilikdə 30 900 lari depozit qoyub. İstintaq onu da müəyyən edib ki, cinayəti törədərkən təqsirləndirilən şəxs şəxsiyyətinin müəyyən edilməməsi üçün xüsusi maska ​​və əlcək taxıb. O, cinayəti törətdikdən bir neçə saat sonra həbs edilib. Polis cinayət yolu ilə əldə edilən kriptovalyutanı tamamilə çıxarıb, maska ​​və əlcək də sübut kimi götürülüb.

“Hazırda Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsinin 4-cü hissəsinin “b” bəndi ilə külli miqdarda oğurluq faktı ilə bağlı araşdırma aparılır."-məlumatda deyilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →