—

Qonşusunu qətlə yetirən şəxsə hökm oxunub

266
Qonşusunu qətlə yetirən şəxsə hökm oxunub
Dinləmək üçün basın

Gürcüstan Prokurorluğu Samtredia Bələdiyyəsində baş verən qəsdən adam öldürmə faktı ilə bağlı bir nəfərə qarşı ittiham irəli sürüb.

Gürcüstan Prokurorluğu Samtredia Bələdiyyəsində baş verən qəsdən adam öldürmə faktı ilə bağlı bir nəfərə qarşı ittiham irəli sürüb.

InterPress.ge xəbər verir ki, məlumatı prokurorluq yayıb.

“Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, avqustun 20-də Samtrediada təqsirləndirilən şəxs qonşusuna kəsici-deşici alətlə bədəninin müxtəlif nahiyələrindən xəsarət yetirib. Zərərçəkmiş aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi elə həmin gün saxlayıblar. O, Gürcüstan Cinayət Məcəlləsinin 10 ildən 15 ilədək həbsi nəzərdə tutan 108-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

Prokurorluğun vəsatəti əsasında məhkəmə tərəfindən təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib”, - prokurorluğun məlumatında deyilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →