—

Gürcüstan Türkiyəyə yeni avtomobil yolu ilə birləşdiriləcək

487
Gürcüstan Türkiyəyə yeni avtomobil yolu ilə birləşdiriləcək
Dinləmək üçün basın

Gürcüstan Türkiyə ilə yeni avtomobil yolu ilə birləşdiriləcək.

Gürcüstan Türkiyə ilə yeni avtomobil yolu ilə birləşdiriləcək.

InterPress.ge xəbər verir ki, dəniz sahilinə bitişik mövcud yol 11,4 kilometr uzunluğunda yeni asfalt-beton yol ilə əvəz olunacaq və bu yol hazırda tikintisi başa çatmaqda olan Batumi dairəvi yoluna Çoroxi çayı üzərində yeni körpü vasitəsilə birləşdiriləcək.

Yeni yolun böyük hissəsi ümumi uzunluğun 67%-ni təşkil edən tuneldən keçəcək ki, bu da hazırda sahil xəttini izləyən yolun uzunluğunu əhəmiyyətli dərəcədə qısaldacaq və hərəkət sürətini artıracaq.

Hazırda Batumi-Sarp yolu layihəsi üzrə ətraf mühitə təsir hesabatına baxılır, ondan sonra layihə üzrə beynəlxalq tenderin elan edilməsi planlaşdırılır.

Əhatə dairəsi üzrə hesabata əsasən, layihə yolunun ümumi uzunluğu 11,4 km-dir. Layihə çərçivəsində yol qovşağı, 3 körpü keçidi və ikizolaqlı tunel, həmçinin Sarp kəndi ərazisində yolda genişləndirmə işləri nəzərdə tutulub.

Eyni zamanda, Batuminin 14 kilometrlik dolama yolu bu il açılmalıdır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →