Polis Şida Kartlidə 15 yaşlı qızı 74 yaşlı kişini öldürməkdə ittiham edərək həbs edib.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
DİN-in Şida Kartli RPŞ əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 2009-cu il təvəllüdlü G.K. qəsdən adam öldürmə maddəsi ilə həbs edilib.
Cinayət 10 ildən 15 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Xaşuri bələdiyyəsində 1950-ci il təvəllüdlü Z.L.-nin bədəninə soyuq silahla xəsarətlər yetirib, bundan sonra hadisə yerindən qaçıb.
Aldıqları xəsarətlər nəticəsində yaralı yerindəcə keçinib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları G.K.-nı isti izlərlə həbs edib. Polis cinayət silahını - bıçaq sübut kimi götürüb.
Qəsdən adam öldürmə faktı ilə bağlı Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə cinayət işi açılıb”, - məlumatda deyilir.
