—

Gürcüstanda 400-dən çox həkim karantinə alınacaq

878
Gürcüstanda 400-dən çox həkim karantinə alınacaq
Dinləmək üçün basın

Gürcüstanın Kobuleti rayonunda yerləşən hotellərdən birində keçirilən konfransda iştirak edən 400-dən çox həkim karantinə alınacaq. InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın səhiyyə naziri Ekaterine Tikaradze…

Gürcüstanın Kobuleti rayonunda yerləşən hotellərdən birində keçirilən konfransda iştirak edən 400-dən çox həkim karantinə alınacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın səhiyyə naziri Ekaterine Tikaradze bildirib.

O deyib ki, konfransın keçirildiyi hoteldə bir neçə nəfərdə COVID-19 virusuna yoluxma aşkarlandığından konfransda iştirak edən həkimlər karantinə və fərdi təcridə alınacaqlar. Nazir qeyd edib ki, hoteldə epidemioloji araşdırmalara başlanılıb. Konfransda Səhiyyə Nazirinin müavini Tamar Qabunia ilə yanaşı, bir sıra dövlət və hökumət rəsmilərinin də iştirak etdiyi bildirilib.

Nazir qeyd edib ki, virusa yoluxmanın qeydə alınması səbəbi ilə hotel bir müddət bağlanacaq.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →