—

Marneulidən olan iki şəxslə bağlı prokurorluq ittiham irəli sürdü

840
Marneulidən olan iki şəxslə bağlı prokurorluq ittiham irəli sürdü
Dinləmək üçün basın

İki şəxs külli miqdarda pul tələb etməyə kömək etməkdə, o cümlədən başqa şəxslərin əşyalarını zədələməkdə və məhv etməkdə ittiham olunublar.

İki şəxs külli miqdarda pul tələb etməyə kömək etməkdə, o cümlədən başqa şəxslərin əşyalarını zədələməkdə və məhv etməkdə ittiham olunublar.

InterPress.ge xəbər verir ki, bu barədə prokurorluqdan bildirilib:

Gürcüstan Prokurorluğu iki nəfəri zorla külli miqdarda pul əldə etməyə kömək etməkdə, habelə başqalarının əşyalarını zədələməkdə və məhv etməkdə ittiham edib. Gürcüstan Daxili İşlər Nazirliyinin apardığı istintaqla müəyyən edilib ki, Marneulidən olan təqsirləndirilən şəxslər xaricdə yaşayan bir şəxsə külli miqdarda pul qoparmağa kömək ediblər, bu zaman zərərçəkmişləri təhdid edərək külli miqdarda pul tələb ediblər, rədd cavabı aldıqdan sonra zərərçəkmiş şəxslərin müxtəlif növ əmlakına zərər vurub məhv ediblər.

Prokurorluğun vəsatətinə əsasən, məhkəmə hər iki təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →