—

"Bu seçki müharibə ilə sülh arasında referendumdur" - Kobaxidze

390
"Bu seçki müharibə ilə sülh arasında referendumdur" - Kobaxidze
Dinləmək üçün basın

"İndiyə qədər heç vaxt belə prinsipial seçki olmayıb, bu, bir növ müharibə ilə sülh arasında, təbliğatla ənənəvi dəyərlər arasında referendumdur".

"İndiyə qədər heç vaxt belə prinsipial seçki olmayıb, bu, bir növ müharibə ilə sülh arasında, təbliğatla ənənəvi dəyərlər arasında referendumdur".

InterPress.ge xəbər verir ki, bu barədə jurnalistlərə Baş nazir İrakli Kobaxidze bildirib.

Hökumət başçısının fikrincə, burada seçim etmək asandır - seçim sülhün, mənəviyyatın və ölkənin parlaq gələcəyinin xeyrinə edilməlidir.

“Artıq regionda aktiv işlərə başlanılıb. Yaxın günlərdə biz Tbilisidə olan səkkiz nümayəndənin hamısının adını çəkəcəyik və müvafiq olaraq Tbilisidə kampaniyaya tam şəkildə start veriləcək. Mesajlarımızı cəmiyyətə sonuna qədər çatdırmaq üçün hər şey ediləcək. Biz bunu, əlbəttə ki, bütün bu müddət ərzində edirik, lakin seçki kampaniyası sizə birbaşa vətəndaşların yanına getmək və ölkəmizin inkişafı ilə bağlı məsələlər barədə danışmaq imkanı verir. Bu seçki son dərəcə prinsipial seçkidir. Əvvəlki bütün seçkilər prinsipial olub, amma yenə də deyərdim ki, bu qədər prinsipial seçki olmayıb", - Baş nazir bəyan edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →