Qərb ölkələri Rusiyaya hücumlar həyata keçirmək üçün Ukraynanı silahla təmin etməklə faktiki olaraq dünyanı Üçüncü Dünya Müharibəsinin astanasına gətiriblər.
InterPress.ge xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı, təhlükəsizlik komitəsinin üzvü Mixail Şeremetin açıqlama verib.
“Qərb tipli hərbi texnikanın mövcudluğu, mülki infrastruktura xaricdə istehsal olunan sursat və raketlərlə hücumlar və xarici dövlətlərin nümayəndələrinin Rusiya ərazisinə hücumda iştirakına dair təkzibedilməz sübutlara əsaslanaraq belə qənaətə gələ bilərik ki, dünya Üçüncü Dünya Müharibəsinin astanasında, Qərb ölkələrinin tamamilə cavabdeh olduğu bir müharibədədir”.- deyə deputat bildirdi.
