—

Sabahdan etibarən ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir

964
Sabahdan etibarən ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir
Dinləmək üçün basın

Avqustun 16-17-də Gürcüstanın bəzi rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, avqustun 18-dən isə hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Avqustun 16-17-də Gürcüstanın bəzi rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, avqustun 18-dən isə hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

InterPress.ge xəbər verir, Milli Ətraf Mühit Agentliyi 16-19 avqust tarixində gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb.

Avqustun 16-17-də Tbilisidə qısamüddətli yağış, avqustun 18-19-da isə hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +30, +32 dərəcə təşkil edəcək.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali) avqustun 16-17-də şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, avqustun 18-19-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +31, +33 dərəcə təşkil edəcək.

Avqustun 16-17-də Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siqnaqi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro) şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi, güclü küləyin əsəcəyi ehtimalı var. Avqustun 18-19-da isə hava yağmursuz keçəcək. Havanın temperaturu gündüz +31, +33 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo) avqustun 16-17-də şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, avqustun 18-19-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +22, +24 dərəcə təşkil edəcək.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →