—

“Güclü Gürcüstan” koalisiyasının seçki qərargahına kimin rəhbərlik edəcəyi məlum oldu

498
“Güclü Gürcüstan” koalisiyasının seçki qərargahına kimin rəhbərlik edəcəyi məlum oldu
Dinləmək üçün basın

“Güclü Gürcüstan” koalisiyası seçki qərargahını açıb, ona Davit Qamkrelidze rəhbərlik edəcək.

“Güclü Gürcüstan” koalisiyası seçki qərargahını açıb, ona Davit Qamkrelidze rəhbərlik edəcək.

InterPress.ge xəbər verir ki, bu barədə seçki qərargahının açılış mərasimində “Güclü Gürcüstan”ın üzvü Mamuka Xazaradze məlumat verib.

“Mən çox şadam ki, “Güclü Gürcüstan” platforması hər gün və ən əsası keyfiyyətcə böyüyür. Bu gün sizə daha bir xəbəri çatdırmaq istəyirəm ki, gördüyünüz kimi biz yeni əraziyə, seçki qərargahımız adlanan yeni məkana köçmüşük. Sizi çoxdankı dostum, hər zaman ölkənin lazım olduğu yerdə dayanmış, ölkəmizin mübarizəsində daim ön cərgədə dayanmış, ciddi peşəkar, təcrübəli bir insanla tanış etmək istəyirəm. Bu mübarizədə seçki qərargahımızın rəhbəri olduğu üçün şəxsən ona təşəkkür etmək istəyirəm. Davit Qamkrelidzeni salamlamaq istəyirəm”, - deyə Mamuka Xazaradze bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiİsmayıl Abramişvili

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →