InterPress.ge xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron bildirib.
“Təəssüf ki, biz kapitan Sebastien Mabire və leytenant Mettis Laurens-in Rafale təlim uçuşu zamanı təyyarə qəzasında həlak olması barədə xəbər tutduq”, - Emmanuel Makron sosial şəbəkədə yazıb.
Xatırladaq ki, dünən Fransanın şimal-şərqində iki “Rafale” qırıcısı toqquşub. Fransanın müdafiə naziri Sebastien Lekornunun dediyinə görə, təyyarədən tullanmağı bacaran bir pilot sağ qalıb.
