Daxili İşlər Nazirliyinin Ekspert-Kriminal İdarəsinin Narkotiklərlə Mübarizə Xidməti tərəfindən cari ilin ikinci rübündə (aprel, may, iyun) ölkə üzrə 1200 nəfər narkomaniya üzrə müayinədən keçirilib, onlardan 828 nəfərin cavabı narkotiklə bağlı müsbət çıxıb.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, narkomaniyaya görə 1174 nəfər müayinə olunub, onlardan 821 nəfəri müsbət nəticə verib. 26 qadından isə 7-də narkotik asılılığı təsdiqlənib.
Cari ilin ikinci rübündə müayinədən keçən 5 azyaşlıdan 2-də narkotoik asılılığı təsdiqlənib.
