Azərbaycanda sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar 300 beynəlxalq müşahidəçi qeydə alınıb.
InterPress.ge-nin xəbərinə görə, bunu Azərbaycanın Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
MSK sədri bildirib ki, seçkilərlə əlaqədar 80 minə yaxın yerli müşahidəçi qeydiyyatdan keçib: "Bizim təxminimizə görə, bu rəqəm 100 mini keçəcək".
