—

Bu gün Parlament seçkiləri keçirilsəydi, hansı partiyaya səs verərdiniz? - Araşdırma

360
Bu gün Parlament seçkiləri keçirilsəydi, hansı partiyaya səs verərdiniz? - Araşdırma
Dinləmək üçün basın

GORBI ictimai rəy sorğusunun nəticələrini dərc edib.

InterPress.ge xəbər verir ki, bu həftə parlament seçkiləri keçirilsəydi, kimə səs verərdiniz sualına uyğun olaraq partiyaların siyasi reytinqləri aşağıdakı kimi bölüşdürülüb:

"Gürcü Arzusu" - 59,3%

"Vahid Milli Hərəkat" / "Strategiya Ağmaşenebeli" - 13,1%

Koalisiya "Lelo"/"Ana Dolidze - xalq üçün"/"Azadlıq meydanı"- 5,8%

Koalisiya "Axali" /"Qirçi - daha çox azadlıq"/"Droa"- 5,5%

"Gürcüstan üçün" - 4,8%

"Gürcüstanın Patriotlar Alyansı" və "Alt İnfo" koalisiyası - 3%

"Avropalı Gürcüstan" - 2,2%

"Yeni Siyasi Mərkəz Qirçi" - 2,1%

Digər - 4,2%

Bu məlumatlara görə, “Gürcü Arzusu” Gürcüstan parlamentində 107, müxalifət partiyaları isə birlikdə 43 mandat əldə edir.

İctimai rəy sorğusu üzbəüz müsahibələr vasitəsilə 24 iyul - 4 avqust tarixlərində ölkə üzrə aparılıb. Ümumilikdə 1700 respondentlə müsahibə aparılıb. Məlumatın xəta marjası +/-3% təşkil edir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →