—

Daxili İşlər Nazirliyi “Qlovo” kuryerini yaralayan şəxsi həbs edib

928
Daxili İşlər Nazirliyi “Qlovo” kuryerini yaralayan şəxsi həbs edib
Dinləmək üçün basın

Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis İdarəsi və Acarıstan Polis İdarəsinin əməkdaşları birgə həyata keçirdikləri əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində, qəsdən sağlamlığa ağır zərər vurma…

Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis İdarəsi və Acarıstan Polis İdarəsinin əməkdaşları birgə həyata keçirdikləri əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində, qəsdən sağlamlığa ağır zərər vurma və qanunsuz olaraq odlu silah əldə etmə və saxlama ittihamı ilə axtarışda olan 1986-cı il təvəllüdlü N.M.-yı saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, təqsirləndirilən N.M bu ilin iyul ayında şirkətlərdən birinin kuryeri T.S.-nin hər iki ayağına odlu silahla qəsdən xəsarət yetirib və hadisə yerindən qaçıb.

“Tbilisi Şəhər Məhkəməsinin qərarına əsasən, N.M barəsində həbs qətimkan tədbiri olaraq qiyabi həbs edilib. Onun törətdiyi cinayət 7 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsinə köçürülüb”, - deyə qurumdan bildirilib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiİsmayıl Abramişvili

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →