InterPress.ge xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
Hərbi yardım paketinə HIMARS sistemləri üçün döyüş sursatı, 155 mm və 105 mm-lik artilleriya mərmiləri, Stinger raketləri, Javelin və AT-4 tank əleyhinə sistemlər, TOW tank əleyhinə raketlər daxildir.
Birləşmiş Ştatlar Ukraynanın cəsur müdafiəçilərinin Rusiya təcavüzü ilə mübarizə aparmaq üçün lazım olan kritik imkanlara malik olmasını təmin etmək üçün alyansın 50-yə yaxın üzv dövləti və tərəfdaşları ilə işləməyə davam edəcək”, - Pentaqonun bəyanatında deyilir.
Xatırladaq ki, iyulun 29-da ABŞ Ukraynaya ümumi dəyəri 1,4 milyard dollar olan iki hərbi yardım paketi ayırdığını elan edib.
