—

Zelenski: Rusiya ölkəmizə müharibə gətirib, indi isə nə etdiyini hiss etməlidir

651
Zelenski: Rusiya ölkəmizə müharibə gətirib, indi isə nə etdiyini hiss etməlidir
Dinləmək üçün basın

Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətinə hücumu fonunda Rusiyanın da müharibəni hiss etməli olduğunu bildirib.

Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətinə hücumu fonunda Rusiyanın da müharibəni hiss etməli olduğunu bildirib.

InterPress.ge xəbər verir ki, dövlət başçısı axşam videomüraciətində Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumunu birbaşa şərh etməsə də, Rusiyanın müharibəni Ukrayna torpağına gətirdiyini və “nə etdiyini hiss etməli” olduğunu deyib.

O həmçinin Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırskinin üç “səmərəli” məruzəsindən danışıb, ancaq təfərrüatları açıqlamayıb.

“Ukraynalılar öz məqsədlərinə necə çatacaqlarını bilirlər. Və müharibədə məqsədlərimizə çatmağı seçən biz deyildik. Rusiya torpağımıza müharibə gətirib və nə etdiyini hiss etməlidir”, – Ukrayna lideri vurğulayıb.

Xatırladaq ki, avqustun 6-da Ukrayna Silahlı Qüvvələri Rusiyanın sərhəddəki müdafiə xəttini yararaq Kursk vilayətinə soxulub və bir neçə kəndi ələ keçirib. İndiyədək davam edən döyüşlərdə Rusiya ordusu qarşı tərəfi geriyə ata bilməyib. Bölgədə döyüş əməliyyatları zonasının 400 kvadrat kilometrdən artıq olduğu bildirilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →