—

Sinoptiklər gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib

1,050
Sinoptiklər gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib
Dinləmək üçün basın

Avqustun 6-da Tbilisidə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, avqustun 7-də şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, şimal-qərb küləyinin 10-15 m/s sürətlə əsəcəyi gözlənilir. Avqustun 7-8-də şəhərətrafı…

Avqustun 6-da Tbilisidə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, avqustun 7-də şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, şimal-qərb küləyinin 10-15 m/s sürətlə əsəcəyi gözlənilir. Avqustun 7-8-də şəhərətrafı ərazilərdə küləyin 18-20 m/s-dək güclənəcəyi ehtimalı var. Havanın temperaturu +32+34 dərəcə təşkil edəcək.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali) qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, qərb küləyinin sürətinin 10-15 m/s, avqustun 7-8-də bəzi yerlərdə 17-22 m/s olacağı gözlənilir. Havanın temperaturu gündüz +32, +35 dərəcə təşkil edəcək.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistskaro) avqustun 6-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, avqustun 7-8-də bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz +30, +33 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo) qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu +20, +25 dərəcə təşkil edəcək.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →