Batumi şəhərində "Taekvondo üzrə Batumi Açıq Çempionatı" keçirilib.
InterPress.ge xəbər verir ki, sözü gedən yarışda, Marneuli İdman Məktəbinin idmançılarıda uğurla iştirak edib.
Belə ki, Batumi şəhərində keçirilən yarışda, +68 kq çəki dərəcəsində birinci yeri Tinatin Xvedelidze tutub.
52 kq çəki dərəcəsində isə üçüncü yeri Mariam Mamardaşvili tutub.
Keçirilən turnirin 49 kq çəki dərəcəsində isə üçüncü yer Eldəniz Novruzov tutub.

