2024-cü ilin I-II rübündə Gürcüstanda 5985 yanğın hadisəsi qeydə alınıb. Yanğın zamanı 21 nəfər ölüb, 122 nəfər yaralanıb.
InterPress.ge xəbər verir ki, bu barədə Sakstat-ın açıqladığı statistikada qeyd olunur.
Yanğın nəticəsində 253 bina yanıb. Yanğın zamanı 10 baş iribuynuzlu heyvan tələf olub.
Ötən illər ərzində yanğın qurbanlarının ən çoxu 79 nəfərlə 2017-ci ildə, ən aşağısı isə 45 nəfərlə 2021-ci ildə qeydə alınıb.
