—

Komitə rəhbəri xaricdə və Gürcüstanda olan Azərbaycan Evləri ilə bağlı açıqlama verdi

423
Komitə rəhbəri xaricdə və Gürcüstanda olan Azərbaycan Evləri ilə bağlı açıqlama verdi
Dinləmək üçün basın

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov xarici ölkələrdəki Azərbaycan evlərinin fəaliyyəti, yenilərinin açılması, erməni diasporunun fəallıq təşkil etdiyi Fransa və ABŞ kimi ölkələrdə Azərbaycan əleyhinə…

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov xarici ölkələrdəki Azərbaycan evlərinin fəaliyyəti, yenilərinin açılması, erməni diasporunun fəallıq təşkil etdiyi Fransa və ABŞ kimi ölkələrdə Azərbaycan əleyhinə təbliğatlara qarşı hansı işlərin görüldüyü və rəhbərlik etdiyi qurumun fəaliyyət mexanizmi ilə bağlı sualları cavablandırıb.

InterPress.ge xəbər verir ki, bu barədə o, yerli mətbuata müsahibəsində danışıb.

Fuad Muradov bəyan edib ki, diasporun özəlliyi ondan ibarətdir ki, hər ölkə üçün spesifik yanaşması olsun. Ona görə də diaspor vahid mərkəzdən yox, vahid koordinasiya sistemindən idarə olunmalıdır.

"Bəzi ölkələrdəki müsbət təcrübəmizi biz digər ölkələrə daşıyırıq. Məsələn, Gürcüstanda 21 kateqoriya üzrə Azərbaycan evi fəaliyyət göstərir. Bunların içərisində hüquqi yardım da var. Amma elə ölkələr var ki, orada buna ehtiyac yoxdur, ona görə tətbiq etmirik. Erməni diasporuna gəldikdə isə onların son illərdəki fəaliyyətinə baxsanız, görərsiniz ki, bizim tədbirlərimizi birəbir təkrarlayırlar. Keçən ildən bizə baxıb yay məktəbi təşkil edirlər. Düzdür, bizim kimi təşkil edə bilmirlər, amma bütün hallarda təkrar edirlər", - deyə o vurğulayıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →