—

Miqrasiya İdarəsinin əməkdaşları 35 xarici ölkə vətəndaşını Gürcüstandan çıxarıblar

382
Miqrasiya İdarəsinin əməkdaşları 35 xarici ölkə vətəndaşını Gürcüstandan çıxarıblar
Dinləmək üçün basın

Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin əməkdaşları ötən ay Gürcüstanın “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanuna əsasən müxtəlif ölkələrin 35 vətəndaşını ölkədən çıxarıblar.

Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin əməkdaşları ötən ay Gürcüstanın “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanuna əsasən müxtəlif ölkələrin 35 vətəndaşını ölkədən çıxarıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

məlumata əsasən, xarici ölkə vətəndaşlarının bir qismi Gürcüstanı könüllü tərk edib, bir qismi isə Miqrasiya İdarəsinin həyata keçirdiyi tədbirlər nəticəsində ölkədən çıxarılıb.

Gürcüstanın “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” Qanunu əsasında Azərbaycan Respublikası, İran İslam Respublikası, Türkiyə Respublikası, Çin Xalq Respublikası, Özbəkistan Respublikası, Federativ Respublikası Nigeriya, Misir Ərəb Respublikası, Hindistan Respublikası, İordaniya Haşimilər Krallığı və ümumilikdə 35 respublika vətəndaşı ölkədən çıxarılıb. Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi ölkə daxilində qeyri-qanuni miqrasiyaya qarşı mübarizə aparan orqandır. Onun səlahiyyətlərindən biri Gürcüstanda qanuni əsas olmadan olan əcnəbi vətəndaşları müəyyən etmək və onların Gürcüstandan çıxarılmasını həyata keçirməkdir”, - deyə məlumatda qeyd olunub.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiİsmayıl Abramişvili

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →