—

Kobaxidze: ABŞ-nin Gürcüstana qarşı yeni sanksiyalarla bağlı bəyanatı şantajdır

407
Kobaxidze: ABŞ-nin Gürcüstana qarşı yeni sanksiyalarla bağlı bəyanatı şantajdır
Dinləmək üçün basın

ABŞ hakimiyyətinin Gürcüstana qarşı yeni sanksiyaların mümkün tətbiqi ilə bağlı bəyanatları şantajdır. InterPress.ge xəbər verir ki, bunu ABŞ dövlət katibinin köməkçisi Ceyms O'Brayenin Gürcüstana qarşı yeni sanksiyalar…

ABŞ hakimiyyətinin Gürcüstana qarşı yeni sanksiyaların mümkün tətbiqi ilə bağlı bəyanatları şantajdır.

InterPress.ge xəbər verir ki, bunu ABŞ dövlət katibinin köməkçisi Ceyms O'Brayenin Gürcüstana qarşı yeni sanksiyalar tətbiq olunmasının mümkünlüyü haqda fikirlərinə cavab verən ölkənin baş naziri İrakli Kobaxidze deyib.

“ABŞ “qlobal müharibə partiyası”nın təsirini aradan qaldırmaq üçün öncə öz daxilində deoliqarxizasiya həyata keçirməlidir. Gürcüstanı sanksiyalarla hədələməyə ehtiyac yoxdur, ABŞ-nin bu tonu əks nəticə verir”, - Kobaxidze bildirib.

Baş naziri ölkənin ABŞ ilə münasibətləri normallaşdırmağa hazır olduğunu vurğulayıb:

“Biz ABŞ ilə münasibətləri bərpa etməyə tam hazırıq. Bu münasibətlərdə şantaj və təhdidlər əvəzinə, sağlam dialoq aparmalıyıq".

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →