—

Deformasiyaya uğramış dondurma və yol kənarından alınan meyvə-tərəvəz təhlükəlidirmi?

476
Deformasiyaya uğramış dondurma və yol kənarından alınan meyvə-tərəvəz təhlükəlidirmi?
Dinləmək üçün basın

Qida təhlükəsizliyi üzrə mütəxəssis İrakli Arabuli yayda ən çox tələb olunan məhsulların, meyvə-tərəvəzin və dondurmanın alınması zamanı təhlükəsizlik məsələlərindən danışıb.

Qida təhlükəsizliyi üzrə mütəxəssis İrakli Arabuli yayda ən çox tələb olunan məhsulların, meyvə-tərəvəzin və dondurmanın alınması zamanı təhlükəsizlik məsələlərindən danışıb.

InterPress.ge xəbər verir ki, bu barədə o, radio "Palitra"nın "Sənin vaxtın" proqramında söz açıb.

Onun sözlərinə görə, magistral yolun kənarında satılan meyvə-tərəvəzlərdə, o cümlədən ticarət obyektlərinin soyuducularında bəzən rast gəlinən deformasiyaya uğramış dondurmalarda təhlükə var.

“Yol kənarında satılan məhsul bir qədər risklidir. Hərəkət edən nəqliyyat vasitələrinin yaratdığı fiziki çirklənmə ilə yanaşı, məhsulun avtomobilin işlənmiş qazından çirklənmə ehtimalı da var. Yeganə müdafiə mexanizmi aldığımız meyvə və tərəvəzləri yaxşıca yumaqdır.

Yol kənarındakı ağaclardan meyvə dərmək də olmaz, çünki əvvəllər ağaclar xüsusi olaraq yol kənarlarında əkilirdi ki, bu da avtomobilin buraxdığı qurğuşunu özünə çəkirdi.

Deformasiyaya uğramış dondurma da həqiqətən təhlükəlidir, çünki dondurma öz formasını dəyişibsə, deməli, artıq əriyib, sonra yenidən dondurulub. Əgər onun tərkibində zərərli bakteriyalar varsa, ərimə zamanı çoxalmağa başlayır və dondurma sağlamlıq üçün təhlükəli olur. Ona görə də deformasiyaya uğramış dondurmalardan çəkinməliyik”, - deyə qida təhlükəsizliyi üzrə mütəxəssis bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Hökumət Süni İntellekt Əməkdaşlığı üzrə Ümumdünya Təşkilatının yaradılması haqqında sazişi parlamentə təqdim edibMarneulidə və bir sıra kəndlərdə yeni yollar çəkiləcəkUkraynalıların 83%-i müharibənin danışıqlar yolu ilə başa çatmasını dəstəkləyirQərbi Avropa yeparxiyasının mitropoliti Avraam (Qarmelia) vəfat edibPoniçalada baş verən partlayışda xəsarət alan İlia İsəyev xəstəxanada vəfat edibSon xəbərlərə bax →