—

Gömrükçülər külli miqdarda bəyan edilməmiş pulun gətirilməsi faktlarının qarşısını alıblar

785
Gömrükçülər külli miqdarda bəyan edilməmiş pulun gətirilməsi faktlarının qarşısını alıblar
Dinləmək üçün basın

İyulun 7-28-də “Sarpi” və “Qırmızı Körpü” gömrük-keçid məntəqələrində gömrükçülər külli miqdarda bəyan edilməyən pul vəsaitlərinin gizli yolla gətirilməsi faktlarının qarşısını alıblar.

İyulun 7-28-də “Sarpi” və “Qırmızı Körpü” gömrük-keçid məntəqələrində gömrükçülər külli miqdarda bəyan edilməyən pul vəsaitlərinin gizli yolla gətirilməsi faktlarının qarşısını alıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

Gömrükçülər şübhə əsasında əcnəbi vətəndaşların fiziki və şəxsi baqajlarına və nəzarətlərində olan nəqliyyat vasitələrinə müfəssəl yoxlanış nəticəsində, nəhayət, bəyan edilməmiş məbləğ - 2900 avro, 59 407 ABŞ dolları və 7 265 700 Rusiya rublu aşkar ediblər.

“Milli Bankın məzənnəsinə əsasən bəyan edilməmiş pulun ümumi məbləği 655 597,94 lari təşkil edib.

Gürcüstan Gömrük Məcəlləsinin 169-e maddəsinin 3-cü hissəsinə uyğun olaraq qanunu pozan vətəndaşlar sanksiya qismində ümumilikdə 65 560,16 lari (məbləğin 10%-i) məbləğində cərimələniblər”, - deyə məlumatda deyilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiİsmayıl Abramişvili

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →