InterPress.ge xəbər verir ki, bu barədə jurnalistlərə “Vahid Milli Hərəkat” partiyasının sədri Tina Bokuçava bildirib.
Onun sözlərinə görə, oktyabrın 26-na təyin edilmiş seçkilərdə gürcü xalqı Dəyişiklikləri dəstəkləyəcək.
“İnanıram ki, gürcü xalqı şüurlu seçim edəcək və İvanişvilinin dezinformasiyalarına baxmayaraq, ölkəmizin Avro-Atlantik kursa qayıtması üçün lazım olan dəyişikliklərə səs verəcək. Bu, ölkəmizin, hər bir Gürcüstan vətəndaşının rifahı və ölkənin təhlükəsizliyi üçün yeganə real şansdır”, - deyə Bokuçava bildirib.
