—

Yaşayış evinin divarının uçması nəticəsində iki nəfər həyatını itirib

422
 Yaşayış evinin divarının uçması nəticəsində iki nəfər həyatını itirib
Dinləmək üçün basın

Adiqeni bələdiyyəsinin Ude kəndində yaşayış evinin divarının uçması nəticəsində iki nəfər həyatını itirib, bir nəfər isə yaralanıb. Yerli əhalinin dediyinə görə, ölənlər Axaltsixedəndir.

Adiqeni bələdiyyəsinin Ude kəndində yaşayış evinin divarının uçması nəticəsində iki nəfər həyatını itirib, bir nəfər isə yaralanıb. Yerli əhalinin dediyinə görə, ölənlər Axaltsixedəndir.

InterPress.ge xəbər verir ki, bu barədə "Samxretis karibçe" məlumat yayıb.

Mərhumlar bir-birinin yaxınıdırlar. Hadisə yerinə gələn təcili tibbi yardım briqadası onların hər ikisini ölü tapıb. Meyitlər ekspertiza üçün göndərilib. 

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 240-cı maddəsinə əsasən, mədən, tikinti və ya digər işlərin görülməsi zamanı təhlükəsizlik qaydalarını pozma maddəsi ilə araşdırma başlanılıb. 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →