—

6 ayda Tbilisidə parkinq qaydalarını pozanlara görə 8 milyon, biletsiz səyahətə görə isə 1,7 milyon cərimə tətbiq edilib

343
6 ayda Tbilisidə parkinq qaydalarını pozanlara görə 8 milyon, biletsiz səyahətə görə isə 1,7 milyon cərimə tətbiq edilib
Dinləmək üçün basın

Cari ilin yanvar-iyun aylarında paytaxt ərazisində avtonəqliyyat vasitələrinin dayanma qaydalarının pozulmasına görə 8 milyon 227 min 756 lari məbləğində cərimə tətbiq edilib. Biletsiz səyahətə görə cərimələrə gəlincə…

Cari ilin yanvar-iyun aylarında paytaxt ərazisində avtonəqliyyat vasitələrinin dayanma qaydalarının pozulmasına görə 8 milyon 227 min 756 lari məbləğində cərimə tətbiq edilib.  Biletsiz səyahətə görə cərimələrə gəlincə, sənədə əsasən, bu məbləğ 1 735 471 lari təşkil edir.

InterPress.ge xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Xəzinədarlığının 2024-cü il büdcəsinin icrasının 6 aylıq hesabatında bildirilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə parklanma qaydalarının pozulmasına görə cərimələrin sayı artıb. 2023-cü ildə bu məbləğ 7 835 964 lari olub. Biletsiz səyahətə görə cərimələrin sayı əvvəlki illə müqayisədə azalıb. Əvvəlki ilin 6 ayında cərimələrin məbləği 2 129 999 lari olub.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →